Arda Turan, Burak Yılmaz və Səlçuk İnan millidən uzaqlaşdırılıb

7 Oktyabr 2017 21:05 (UTC+04:00)

Türkiyə millisinin heyətində dəyişiklik edilib. Türkiyə mətbuatının yazdığına görə, DÇ-2018-in seçmə mərhələsində Finlandiya ilə oyun öncəsi Arda Turan, Burak Yılmaz, Səlçuk İnan və Caner Erkin heyətdən çıxarılıb. İslandiyaya 0:3 hesablı məğlubiyyətdən sonra bu qərar verilib.

Qeyd edək ki, Türkiyə millisi son matçdan sonra mundiala vəsiqə qazanmaq şansını itirib.