Qırğızıstan prezidenti Qazaxıstanı ittiham etdi

7 Oktyabr 2017 14:54 (UTC+04:00)

Qırğızıstan Prezidenti Almazbek Atambayev Qazaxıstan rəhbərliyini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.

SİA-nın məlumatına görə, A.Atambayev qonşu ölkənin bu ay Qırğızıstanda keçiriləcək prezident seçkiləri prosesinə də müdaxilə etdiyini bildirib.

Sentyabrın sonunda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin prezidentliyə namizəd Omurbek Babanovla görüşməsi iki ölkə arasında diplomatik qalmaqala səbəb olmuşdu. Bişkek Astananın “Qırğızıstan xalqının seçiminə təsir etmək” istədiyini bildirmişdi.