Daha bir telekanal rəhbəri işdən çıxarıldı

7 Oktyabr 2017 14:10 (UTC+04:00)

"ARB Kəpəz" Müstəqil Teleradio Şirkətinin rəhbəri vəzifəzindən azad olunub. SİA-nın xəbərinə görə, teleşirkətin baş direktoru Fuad Cabbarov işdən çıxarılıb.

Onun səlahiyyətləri baş direktorun müavini Nofəl Dərgahova həvalə edilib.

Məlumata görə, F.Cabbarova şirkətdə başqa vəzifə verilib.