Bakı metrosunda oğurluq edən əcnəbi saxlanılıb

7 Oktyabr 2017 13:09 (UTC+04:00)

Bakı metrosu qatarlarında oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb.

SİA Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, metropolitendə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 3-də Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 300 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Gürcüstan vətəndaşı İnveri Murusidze tutulub.

Faktla bağlı araşdırma aparılır.