Həmsədrlərin Azərbaycana səfəri başlayıb

7 Oktyabr 2017 10:13 (UTC+04:00)

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin Azərbaycana səfəri başlayıb.

SİA-nın verdiyi məlumata görə, həmsədrlərin Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir.

Qeyd edək ki, həmsədrlər ötən gün Ermənistanda prezident və xarici işlər naziri ilə görüşlər keçirərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.