Baş nazirin müavini qəzada öldü

7 Oktyabr 2017 10:10 (UTC+04:00)

Qırğızıstan Baş nazirinin müavini Temir Cumakadırov Bişkek yaxınlığında keçirdiyi yol qəzası nəticəsində ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Qığızıstanın Nazirlər Kabinetinin mətbuat xitmətinin rəhbəri Çingiz Esengüloğlu məlumat verib.

Onun sözlərinə görə, qəza nəticəsində Baş nazirin müavini ilə yanaşı onun köməkçisi və sürücüsü də həlak olub.

İlkin məlumata görə, Temir Cumakadırovun maşını "Kamaz"la toqquşub.