Hacıqabulda yanğın olub

7 Oktyabr 2017 09:37 (UTC+04:00)

Hacıqabulda yanğın qeydə alınıb.

SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Hacıqabul rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında ev əşyaları 4 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.