Oskar mükafatı uğrunda mübarizə aparacaq filmlərin siyahısı açıqlanıb

6 Oktyabr 2017 15:23 (UTC+04:00)

Amerika Kino Akademiyası “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə Oskar mükafatı uğrunda mübarizə aparacaq filmlərin siyahısını açıqlayıb.

SİA-nın məlumatına görə, siyahıda ölkəmizdən təqdim olunmuş “Nar bağı” bədii filmi də yer alıb.

Qaliblərin siyahısı 2018-ci il yanvarın 23-də elan olunacaq.