Təranə Qumral və Musa Musayev cütlüyü qəzayla bağlı susur

6 Oktyabr 2017 11:01 (UTC+04:00)

Müğənni Təranə Qumral və Musa Musayev cütülüyü qəzaya düşüb. İfaçılar “Dodge Durango” avtomobili ilə qəza törədiblər.

Onların maşını yol kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində avtomobilin ön hissəsi əzilib.

SİA-nın əməkdaşı olaraq sənətçilərin vəziyyətini bilmək üçün Təranə Qumral və Musa Musayevlə əlaqə saxlamaq istədik. Lakin cəhdlərimiz boşa çıxdı. Sənətçilər telefonlarımıza cavab vermədi.