Abbas Bağırov: "Bayağı mahnılar sürətlə inkişaf edir"

6 Oktyabr 2017 10:43 (UTC+04:00)

Əməkdar artist Abbas Bağırov yeni yazılan mahnıları bəyənmədiyini bildirib. SİA-nın məlumatına görə, ifaçı bəzi bəstələri hətta tənqid edib: "Böyük həqiqət olsa da bunu deyəcəm. Çox təəssüflər olsun ki, bu gün belə gözəl əsərləri dinləyənlər azdı. Məlum məsələdir ki, sosial şəbəkələrdə bayağı mahnılar nə sürətlə inkişaf edir. Bunun az kütlə qarşısını ala bilməz. Yəni məni dinləmək üçün bunu demirəm. Bizim gözəl bəstəkarlarımız yazdıqları əsərləri gələcək nəsil üçün itirməməyə çalışmaq lazımdır. Amma çox sevinirəm ki, ən azından bu mahnıları 2000, 3000 insan dinləyir. Arada çox da olur. Buna görə çox sağ ol deyirəm. Belə bir məsəl var, az olsun, saz olsun. Mənsə deyirəm ki, çox olsun, gözəl musiqini sevənlər ölməsin".