Levandovski Ermənistan yığmasını darmadağın etdi!

6 Oktyabr 2017 05:21 (UTC+04:00)

2018-ci il Dünya Çempionatının seçmə mərhələsində, 9-cu turda E qrupunda Ermənistan yığması İrəvanda, “Respublika” stadionunda Polşa millisi ilə qarşlaşıb. Axar.az xəbər verir ki, polşalılar erməni millisini 6:1 hesabı ilə darmadağın ediblər.

Polşa yığmasında het-treki “Bavari”yanın hücumçusu Robert Levandovski edib. Kamil Qrositski, Yakub Blaşikovski və Faral Volski hərəyə bir dəfə fərqləniblər. Yalnız 39-cu dəqiqədə Ohanes Ambarsumyanın qolu ilə Ermənistan qolsuz darmadağndan yaxa qurtarıb.

Bu qələbədən sonra 22 xalla Polşa qrupda birinci yerə çıxıb. Ermənistanın isə 6 xalı var. Ermənistan sonuncu oyununu 8 oktyabrda Qazaxıstan yığmasına qarşı keçirəcək.