İlin sonunadək Bakı üzrə 53 xəritə hazırlanacaq

5 Oktyabr 2017 23:03 (UTC+04:00)

Bu ilin sonunadək Bakı üzrə 53 bələdiyyənin xəritəsi hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Qeyd olunur ki, uçot işi bitmiş 12 rayondan 8-ində rayonların hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. İlin sonuna digər 4 rayonda da (Oğuz, Balakən, Beyləqan və Zaqatala) bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşacaq.

Sumqayıt və Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin hazırlanması işi bu ilin sonuna yekunlaşacaq.