BSU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

5 Oktyabr 2017 14:40 (UTC+04:00)

Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. BSU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Universitetin rektoru, professor Nurlana Əliyeva müəllim heyətini əlamətdar gün münasibətilə təbrik edərək Bakı Slavyan Universitetinin təhsildə qazandığı uğurların məhz universitetdə çalışan müəllimlərin sayəsində mümkün olduğunu bildirib.

O, müəllimi olmayan millətin gələcəyinin olmadığını vurğulayıb. BSU rektoru Azərbaycanın dövlət siyasətində müəllimə daim hörmət və qayğının xüsusi yer tutduğunu nəzərə çatdırıb.

Tədbir konsert proqramı ilə davam edib.

Sonda BSU-nun foyesində universitetin Gənc Rəssamlar Klubu tərəfindən müəllimlərə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.