Dövlət qulluğuna sınaq imtahanı keçirilir

5 Oktyabr 2017 14:26 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı keçirilir. DİM-dən SİA-ya verilən məlumata görə, imtahan saat 10:00-da başlayıb, 3 saat müddətində aparılacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.

İmtahanların gedişini internet vasitəsilə izləmək mümkündür.