Keçmiş dövlət müşaviri vəfat edib

5 Oktyabr 2017 12:35 (UTC+04:00)

Keçmiş dövlət müşaviri Rafiq İsmayıl vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə R.İsmayılın oğlu Toğrul İsmayıl özünün "Facebook" səhifəsində yazıb. Bir neçə gün əvvəl səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən R.İsmayıl bu gün vəfat edib.

Qeyd edək ki, Rafiq İsmayıl 1939-cu ildə Qazax rayonunda anadan olub. 1992-93-cü illərdə Azərbaycan prezidentinin dövlət müşaviri vəzifəsində çalışıb. Sonralar pedaqoji fəaliyyətini davam etdirib, Bakı Dövlət Universitetinin professoru olub.