ATMU-da I kurs tələbələri ilə görüş keçirilib

5 Oktyabr 2017 11:22 (UTC+04:00)

Azərbaycan Turizm və Menecment Universitetində “Xidmət mühəndisliyi” və “Biznes idarəçiliyi” fakültələrinin I kurs tələbələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, ATMU-nun rektoru İlham Mədətov gəncləri tələbə adı qazanmaları münasibəti ilə təbrik edib, Cəmiyyət həyatında layiqlı mövqe tutmalarına vəsilə olan universitet illərində hər bir dəqiqənin belə qiymətini bilməyi tövsiyə edib. Onlara təhsildə uğurlar arzulayıb. "Xidmət mühəndisliyi” fakültəsinin dekanı Sevda Vəzirova, “Biznes idarəçiliyi” fakültəsinin dekan əvəzi Anar Mirzəyev, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Orxan Musa, “Keyfiyyət təminatı” şöbəsinin “Qeydiyyat” bölməsinin rəhbəri Leyla Salmanova, Təcrübə bölməsinin rəhbəri Fikriyyə Məmmədova və digər qurumun səlahiyyətli nümayəndələri fəaliyyətləri barədə məlumat verməklə bərabər, tələbələri maraqlandıran sualları cavablandırıblar.