Neymar zədələnib

5 Oktyabr 2017 09:12 (UTC+04:00)

PSJ-nin və Braziliya millisinin hücumçusu Neymar zədələnib. SİA-nın məlumatına görə, millinin məşqi zamanı Paulinyo ilə toqquşan Neymar məşqi yarımçıq tərk edib.

Futbolçunun durumu qorxulu olmasa da, həkimlər məşqi yarımçıq dayandırmağı məsələhət görüblər.

Bu səbəbdən də dünyanın ən bahalı futbolçusu Markinyos, Fernandinyo və Arturo ilə birgə trenajor zalında çalışıb.