İraqda 1300 adam İŞİD-in əlindən qaçıb

4 Oktyabr 2017 23:18 (UTC+04:00)

İraqda İŞİD-in nəzarətində olan 1300 sivil vətəndaş terrorçuların əlindən qaçmağı bacarıb. Axar.az xəbər verir ki, 1300 sakin peşmərgələrin nəzarətində olan təhlükəsiz bölgələrə sığınıb.

İraq ordusunun bu səhər Havice rayonunda başlatdığı əməliyyat zamanı qarşıdurma yaşanıb. Qarşıdurmadan istifadə edən sakinlər təhlükəli ərazidən uzaqlaşıblar.