Xəbərdarlıq: "Sümük əriməsi boy qısalmasına səbəb ola bilər!"

5 Oktyabr 2017 07:02 (UTC+04:00)

Osteoporoz vaxtından əvvəl müalicə edilməzsə, xəstəni yatağa məhkum edə bilir. Osteoporoz el içində sümük əriməsi kimi tanınır. Sümük minerallarının azalması və quruluşunda gedən dəyişikliklər nəticəsində sümüyün qırılmağı nəticəsində meydana gəlir. Sümük toxuması böyümə çağında və böyümə tamamlandıqdan sonra da mütəmadi olaraq özünü yeniləmə xüsusiyyətinə malikdir. Sümük yenilənərkən eyni anda dağıtma və istehsal hadisəsi reallaşır. Bu dövrdə ehtiyac olan kalsium ilə D vitamini mütləq qarşılanmalıdır. İdman edən kəslərdə sümük əriməsi az olur.

Böyümə çağında sümüklərə yük verildikcə sümüklər bu yükü qarşılayacaq şəkildə böyüyər və güclənər. Bu güclənmə və böyümə 19 yaşında reallaşar. Aparılan araşdırmalar zamanı böyümə çağında idman edən kəslərdə idman etməyənlərə görə sümük əriməsinin çox daha az olduğu aydınlaşdırılmışdır.

30 yaşında sümük yoxlanmağı

Bir insan həyatı boyunca istifadə etdiyi sümük miqdarını öyrənmək istəyirsə və genetik risk ehtimalı da varsa, 30 yaşında sümüklərini yoxlatmalıdır. Beləcə, sümük əriməsinə qarşı erkən tədbir alına bilinər. Sümük əriməsinin erkən diaqnozu çox vacibdir. Ümumiyyətlə, şəkər, xolesterol və hormon səviyyələri üçün nizamlı olaraq yoxlanma edilir, amma sümük əriməyinə qarşı yoxlanmalar niyəsə az hallarda edilir. Sümük yoxlanması üçün lazım olan cihazlarda şüa yoxdur. Demək olar ki, bir ağciyər rentgeni zamanı çıxan şüanın 200-də biri qədərdir. Sümük yoxlanması olduqca asan bir prosesdir. Xəstə yataqda uzanmış haldaykən sümük yoxlama cihazı bədənə dəymədən üzərində gəzdirilir. Yoxlama əvvəlində dərman içmək, ac qalmaq kimi hər hansı bir hazırlığa da ehtiyac yoxdur.

Səssiz oğru osteoporoz

Sümük toxumasındakı istehsal-dağıtma funksiyası yaşlanmaqla birlikdə dağıtma ağırlıqlı olmağa başlayır.

Büyümədəki vəziyyətin əksinə dağıtma çoxdur və sümüklər kiçilərək, incəlir. Səssiz oğru osteoporoz olaraq da adlandırılan bu xəstəlik sümüklərdə ağrı hissi yaratmadan sümükləri əritməyə başlayar. Bunun nəticəsində də sümüklərin şəkilləri dəyişir, fərq edilməyən mikro qırıqlar meydana gələr.

Boyda qısalma ola bilər

Sümük əriməsilə əlaqəli olaraq inkişaf edən qırıqlar özlərini həmin anda büruzə vermədiyi üçün adam özü ondakı problemdən xəbərsiz olaraq qalır. Bəzi hallarda yüngül bir zərbə belə omba sümüklərində, onurğada və əl biləyində qırılmalara yol aça bilir. Bundan əlavə diqqətə çarpan dərəcədə boyda qısalma və kürəkdə əyrilik kimi problemlər də ola bilər. Sümük əriməsi nəticəsində yaşanan qırıqlar xəstəni yatağa məhkum edə bilər. Boyda qısalma, kürəkdə əyrilmə, bel və kürək ağrıları yaşanırsa, dərhal həkimə müraciət etmək lazımdır.

Osteoporoz müalicə edilə bilər

Osteoporozun qarşısı alına bilər və o, müalicə edilə bilən bir xəstəlikdir. Xəstəyə sümük əriməsi diaqnozu qoyulduqdan sonra lazımlı olan müalicə şəkli planlanılır. Ancaq xəstəliyə səbəb olan ikinci bir səbəb vardırsa, bu vəziyyətin təsbit edilərək müalicə edilməsi lazımdır. Müalicə müddətində istifadə olunan dərmanlar tablet və da iynə şəklindədir. Tibb sahəsində edilən son illərdəki inkişaf nəticəsində qırıqlarla əlaqəli yaranan ağrıları azalda bilən təsirli dərmanlar da vardır.

Sağlam sümük quruluşu üçün kalsium və D vitamini

Osteoporozla mübarizə ana bətnindən başlayır və ölənə qədər davam edir. Buna görə də ana namizədlərinin hamiləlik müddətində və sonrasında kalsium qəbul etmələri şərtdir. Sağlam bir sümük quruluşu üçün hər fərdin süd, yumurta, pendir, qatıq, lobya, yaşıl yarpaqlı tərəvəzlər, brokoli, balıq, balıq yağı və badam kimi kalsium və D vitamini ilə zəngin yeməkləri istehlak etməsi lazımdır. Bundan əlavə erkən yaşlardan etibarən idman və fiziki fəaliyyətlərə başlanmalı və həyat boyunca da davam etdirilməlidir. Hərəkətsiz həyat tərzi, spirt, turşulu içkilər və siqaret kimi risk faktorlarına qarşı da tədbir alınmalıdır.