Ramil Quliyev Avropanın ən yaxşı 3 atleti sırasında

4 Oktyabr 2017 16:20 (UTC+04:00)

Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev Avropanın ən yaxşı kişi atleti adına namizədlərdən ibarət siyahıya düşüb. SİA-nın məlumatına görə, 27 yaşlı idmançı 2017-ci ilin ən yaxşı 3 atleti sırasında yer alıb.

Digər namizədlər isə fransalı onnövçü Kevin Mayerlə almaniyalı nizə atıcısı Yohannes Fetteldir.

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanıb. O, avqustda Birmingemdə təşkil edilən "Brilliant Liqa"da da qızıl medala sahib olmuşdu.