Xuraman Şuşalı: "Toyumdan heç bir görüntü yoxdur" FOTOLAR

4 Oktyabr 2017 15:01 (UTC+04:00)

Müğənni Xuraman Şuşalı 8 il öncə baş tutan toyundan söz açıb. SİA-nın məlumatına görə, sənətçi özəl günündən heç bir görüntünün qalmadığını bildirib: “Toyumuz 2010-cu ildə olub. Hər şey möhtəşəm olmuşdu. Amma ömür-gün yoldaşım bu gözəllikdən çəkiliş edilməsini qoymadı. “Youtube”də yayılanlar isə telefonla çəkilənlərdir".

İfaçı həyat yoldaşı Elçinlə fotokamera qarşısına keçərək, o, yeni şəkilləri haqda bunları deyib: "İlk dəfə uşaqlarsız toya getdik. Bəylə gəlinin başının qarışdığını görüb belə bir fotolar çəkdirdik”.

Həmin fotoları təqdim edirik: