Apardı sellər yolları...

4 Oktyabr 2017 14:07 (UTC+04:00)

Bakının Nizami rayonunda Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən yolun bir hissəsi çöküb. Məlumata görə, yolun çökməsinə səbəb yerin altından keçən kanalizasiya xəttinin partlaması olub.

Səhər saatlarında baş verən çökmə prosesi hələ də davam edir. Ərazidə nəqliyyatın gediş-gəlişi tamamilə məhdudlaşdırılıb. Hazırda “Azərsu” ASC-nin əməkdaşları hadisə yerindədirlər.

Məlumat üçün bildirək ki, çökən yol “Azəravtoyol” ASC tərəfindən çəkilib.