Maksim Medvedev millinin düşərgəsindən ayrılıb

4 Oktyabr 2017 10:49 (UTC+04:00)

"Qarabağ"ın futbolçusu Maksim Medvedev millinin düşərgəsindən ayrılıb. SİA-nın məlumatına görə, 28 yaşlı müdafiəçi zədəli olduğü üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan millisi Çexiya ilə oktyabrın 5-də Bakıda, Almaniya ilə oktyabrın 8-də Kayzerslauterndə üz-üzə gələcək.