“Mariya” qasırğası 34 can aldı

4 Oktyabr 2017 09:25 (UTC+04:00)

Puerto-Rikoda "Mariya" qasırğasının qurbanlarının sayı 34 nəfər çatıb. SİA-nın xarici mətbuata istinasdən verdiyi xəbərə görə, bu barədə Puerto-Rikonun qubernatoru Rikardo Rosello bildirib.

Bundan əvvəl qasığa qrbanlarının sayının 16 olduğu bildirilirdi. ABŞ prezidenti Donald Tramp Puerto-Riko hökumətinə təmkinli davranmağı məsləhət görüb. Onun sözlərinə görə, vəziyyət daha da pis yəni "Katrina" qasırğasının nəticəsi kimi də ola bilərdi.

Qubernator açıqlayıb ki, qasırğa nəticəsində şəhərə 90 milyard dollar həcmində ziyan dəyib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, son aylarda ABŞ-da bir neçə güclü qasırğa baş verib ki, bunun də nəticəsində ölkəyə yüzlərlə milyard dollar ziyan dəyib.