Hayn Vanhazebruka “Anderlext”in baş məşqçisi oldu

4 Oktyabr 2017 00:19 (UTC+04:00)

Belçikanın “Anderlext” klubunun yeni baş məşqçisi bəlli olub. Klubun rəsmi saytında yer alan xəbərə görə, Brüssel təmsilçisini “Gent”in sabiq baş məşqçisi Hayn Vanhazebruka çalışdıracaq. Onunla 3 illik müqavilə bağlanıb. Vanhazebruk bu vəzifədə bir müddət əvvəl uğursuz nəticələrə görə istefaya göndərilən Rene Vayleri əvəz edib.