Nazir: "Azərbaycan və Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır"

3 Oktyabr 2017 14:00 (UTC+04:00)

"Azərbaycan və Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

E.Məmmədyarov qeyd edib: "Bizim siyasi mövqeyimiz beynəlxalq arenada da üst-üstə düşür".

Azərbaycan XİN rəhbəri əlavə edib ki, gələn il hökumətlərarası komissiyanın iclası keçiriləcək.

Nazir vurğulayıb ki, Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq inkişaf edir: "Biz strateji tərəfdaşlığın ikinci mərhələsini müzakirə edirik. Burada müəyyən çətinlikllər var. Müzakirələr davam etdiriləcək. Biz müzakirələri noyabra qədər başa çatdırmağı düşünürdük. Açıq səma üzrə ikinci sənəd mövcuddur. Böyük ehtimalla oktyabrda sonuncu görüş olacaq".