Mingəçevirdə turnir keçirilib FOTOLAR

3 Oktyabr 2017 12:39 (UTC+04:00)

Uşaq-Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Mingəçevir şəhərində 12-13 yaşlı uşaqlar arasında turnir keçirilib. SİA-nın məlumatına görə, yarışda Ağdam, Bərdə, Ağcabədi, Şəki, Naftalan, Oğuz, Ağdaş və Mingəçevirdən ümumilikdə 10 komanda iştirak edib. Yekunda Bərdə komandası turnirin qalibi olub. Mingəçevir-1 ikinci, Oğuz isə üçüncü pilləni tutub. Komandalar kubok və diplomlarla mükafatlandırılıb.