TürkPA-nın 7-ci Plenar iclasına hazırlıqlar başladı

3 Oktyabr 2017 12:17 (UTC+04:00)

TürkPA üzv parlamentləri cari ilin dekabr ayının 8-də Assambleyanın Bişkekdə keçirilməsi planlaşdırılan 7-ci plenar iclasına hazırlıqlara start verib. SİA-nın xəbərinə görə, Qazaxıstan Respublikası Parlamenti Məclisinin (Aşağı Palata) sədri, TürkPA-nın fəaliyyətdə olan sədri Nurlan Niqmatulinin təşəbbüsü ilə TürkPA-nın Baş katibi Jandos Asanov Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov ilə danışıqlar aparıb.

Danışıqlar zamanı TürkPA-nın yüksək səviyyəli toplantısının gündəliyi və proqramı ilə bağlı olan məsələlər müzakirə edilib.