Məleykə Əsədova: "Ramiz Məlik cavab verəcək"

3 Oktyabr 2017 10:07 (UTC+04:00)

Xalq artisti Ramiz Məliklə həmkarı Məleykə Əsədova arasında qalmaqal davam edir. SİA-nın məlumatına görə, M.Əsədova həmkarını məhkəməyə verəcəyini deyib: "Medianın və ictimaiyyətin nəzərinə! Burdan yazıb bildirirəm ki, xalq artisti Ramiz Məlikin saytların birinə ailəm, anam-atamla bağlı verdiyi açıqlamadan sonra ciddi düşündüm. Biz onunla məhkəmədə görüşəcəyik. Mən ana-atamın ruhuna görə onu bağışlamayacam və qanun qarşısında işlətdiyi şərəf və ləyaqəti alçaldan sözlərə görə cavab verəcək. Bu yaşıma kimi heç bir məhkəməyə müaricət etməmişəm. Ancaq bu dəfə ailəmə dil uzatdılar. Bir də xahiş edirəm ki, mövzu ilə bağlı mətbuat orqanları məni narahat etməsinlər. Mövzu ilə bağlı mətbuat xidməti lazımı məlumatı zaman-zaman yayacaq. Mənim yanımda olan hər kəsə təşəkkürlər".

Qeyd edək ki, xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanın geyimlərinə irad bildirib. Tanınmış aktyor "facebook" sosial şəbəkəsində Əsədovaya məsləhət verib: "Məleykə, belə şəkillərlə özünü biabır etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün".