"Kataloniya artıq İspaniyanın daxili məsələsi deyil"

3 Oktyabr 2017 00:08 (UTC+04:00)

"Kataloniya artıq İspaniyanın daxili məsələsi yox, bütün Avropanın məsələsidir." Axar.az xəbər verir ki, bunu katalonlara müraciəti zamanı Kataloniya Baş naziri Karlos Puçdemon söyləyib.

“Avropanın hörmətini qazandıq. Bu andan etibarən getməyimiz gərəkən yolu sülhlə qurmalıyıq. Kataloniya artıq İspaniyanın daxili məsələsi yox, bütün Avropanın məsələsidir”, – deyə o bildirib.