Qərbin əsl üzü ortaya çıxdı AÇIQLAMA - FOTOLAR

2 Oktyabr 2017 17:39 (UTC+04:00)

“Kataloniyada baş verən son olaylar bir daha Qərb siyasətinin əsl üzünü ortaya çıxardı”. Bu sözləri SİA-ya açıqlamasında QHT sədri Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, əslində burada çox maraqlı məqamlar var: “Əvvəla kimlərsə bu prosesi Dağlıq Qarabağ münaqişəsi ilə eyniləşdirməyə çalışır. Bu tamam fərqli-fərqli siyasi proseslərdir. Ermənilər göz görə-görə bizim torpaqları işğal edərək özününküləşdirməyə çalışırlar. Məsələ burasındadır ki, Azərbaycan heç bir halda başqa bir dövlətin daxilində baş verən proseslərə müdaxilə etmir və münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini məqsədəuyğun bilir. Amma və lakin ölkəmizdə ən kiçik, 5-10 nəfərlik ixtişaşda çəkilən fotolarlarla AŞ və ATƏT az qala ölkəmizi sanksiyalarla hədələyirlər. Hələ qəbul edilən qətnamaləri, qərarları, ultimatium tipli çağırışları demirəm. Bu təbii ki, ikili standartdır və qəbuledilməzdir. Kataloniyada ispan polisi sivil qadınları saçlarından tutaraq sürükləməsinə az qala bütün Avropa göz yumur, normal qəbul edir. Bu bir daha Avropanın dünyanı öz maraqlarına “xərclədiyini” sübut edir. Bu bir daha onu göstərir ki, Qərb çıxış yolu deyil və hər bir xalq demokratikləşmə prosesində öz müqəddəratını özü müstəqil şəkildə təyin etməlidir.