Kataloniyada baş verənlər separatçılığa yol açanların qarşısını alacaq MÜNASİBƏT

2 Oktyabr 2017 13:33 (UTC+04:00)

"Dünən Kataloniyada baş verən qarşıdurmadan "hay"lar yenə vəcdə gəliblər. Bu fikirdədirlər ki, orada baş verənlər Dağlıq Qarabağdakı separatçı rejimin mövqelərini daha da möhkəmləndirəcək. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə göər, birincisi, onu deyək ki, Kataloniya katalonların torpağıdır, onlar ora Dağlıq Qarabağdakı "hay"lar kimi gəlmə deyillər: “İkincisi, verilən reaksiyadan da görünür ki, Kataloniyanın müstəqilliyini kimsə tanımayacaq və əslində hazırda keçirilən refendum daha çox orada yaşayanlara vergi güzəştlərinin edilməsi üçün bir təzyiq xarakteri daşıyır.

Üçüncüsü və ən əsası isə Qərbdəkilər də görürlər ki, Kataloniyada baş verənlər artıq separatçılığa yol açan nəsnələrin aradan qaldırlmasının qaçılmaz olduğunu ortaya qoyur. Çünki, Ermənistan kimi monoetnik dövlətləri (ona da əgər dövlət demək olarsa) çıxmaq şərtiylə separatçılıqdan heç kimin sığortalanmadığı açıq-aydın ortadadır. Ona görə də fikrimcə, artıq bəzi beynəlxalq normalara yenidən baxılacaq ki, torpaq bütünlüyü və öz müqəddaratını təyin etmə məsələlərində hazırda mövcud olan ziddiyyətlər tam aradan qaldırılsın”.