Hərracda tələb təklifi üstələyib

2 Oktyabr 2017 13:06 (UTC+04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib. AMB-dən SİA-ya verilən xəbərə görə, tələb 574 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib. Bununla da Mərkəzi Bankın depozit hərracında tələb təklifi 2,87 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 200 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.