Narkotik maddələrin Azərbaycana gətirilməsinin qarşısı alındı

2 Oktyabr 2017 12:40 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları növbəti dəfə külli miqdarda narkotik və psixotrop maddələrin, eləcə də pirotexniki vasitələrin Azərbaycana gətirilməsinin qarşısını alıb.

DSX-nın Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, 22.09.2017-ci il tarixdə Azərbaycan vətəndaşları Zeynalov Əbilhəsən Səhhəd oğlu və Orucov Burhan Adıgözəl oğlu Biləsuvar-Salyan şosse yolu kənarında gizlədilmiş 2160 ədəd “Pregabolin 150” və 17000 ədəd “T-Dol 200” marka­­lı psixotrop tərkibli dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaş­mağa cəhd göstərərkən DSX əməkdaşları tərəfin­dən saxlanılıb.

23.09.2017-ci il tarixdə Qazax rayonunun Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində Gürcüstandan Azərbaycana dövlət sərhədindən atla 2 ədəd 220 litirlik çəlləklərə yığılmış müxtəlif formalı pirotexniki vasitənin keçirilməsinin qarşısı alınıb. Çəllək­lərə keçirilmiş baxış zamanı içərisində 192 ədəd böyük və 160 qutu kiçik ölçüdə müxtəlif çeşidli partlayıcı fişənglər aşkar olunaraq götürülüb. Sərhəd pozucuları hava şəraitinin qaranlıq, ərazinin sıx meşə olmasından istifadə edərək atları və qaçaqmalı hadisə yerində ataraq geri qaçıblar.

25.09.2017-ci il tarixdə Yardımlı rayonun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitə olan 7,6 kiloqram heroinin, 9,8 kiloq­­ram tiryəkin və 1,3 kiloqram psixotrop tərkibli “Metafitamin” dərman preparatlarının keçirilməsinin qarşısı alınmış, sərhəd pozucuları qaçaqmalı hadisə yerində ataraq geriyə qaçıblar.

Hər üç faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.