İşdən çıxarılan Azər Zahid vətənə qayıtdı

2 Oktyabr 2017 10:08 (UTC+04:00)

ATV-dəki verilişinin yayımı dayandırıldıqdan sonra ölkəni tərk etdiyi deyilən aparıcı Azər Zahiddən yeni xəbər var. SİA-nın məlumatına görə, aparıcı Türkiyədə olduğunu və artıq Bakıya qayıtdığını bildirib: “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Ölkəmi necə çox sevirəm. Bu gün gözəl şəhərimə qayıtdım. Hava limanında hər kəs mənə qəribə baxırdı”.