FHN ana ilə övladını xilas edib

2 Oktyabr 2017 02:15 (UTC+04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabadda ana və övladının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət edil olub. FHN xəbər verir ki, qapının kilidinin sınması nəticəsində 2 nəfər çıxılmaz vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri mənzilin qapısını açdıqdan sonra vətəndaşlara müvafiq köməklik göstərilib.