Pizarro “Köln"lə müqavilə imzalayıb

30 Sentyabr 2017 09:36 (UTC+04:00)

Klaudio Pizarronun yeni klubu müəyyənləşib. SİA-nın məlumatına görə, “Verder”, “Bavariya”, “Çelsi” kimi klubların formasını geyinmiş təcrübəli hücumçu yenidən Bundesliqada çıxış edəcək.

O, “Köln”lə müqavilə imzalayıb. Sözləşmənin müddəti mövsümün sonuna kimidir. 38 yaşlı hücumçu yeni klubuna azad agent kimi qoşulub.

Qeyd edək ki, Pizarro Bundesliqanın tarixində ən məhsuldar legionerdir. O, 430 oyunda 191 qol vurub