“İnönü” stadionunun adı dəyişdirilib

30 Sentyabr 2010 18:39 (UTC+04:00)

"Beşiktaş"ın "İnönü" stadionunun adı dəyişdirilib. SİA-nın məlumatına görə, stadionun adının dəyişdirilməsinə sponsor şirkətin reklam olunması məqsədilə qərar verilib. Belə ki, "Fi-Yapı İnşaat və ticarət A.Ş." şirkəti klubla bu barədə müqavilə imzalayıb. Stdaionun adı növbəti iki mövsümdə "Fi-Yapı İnönü" olaraq müəyyənləşdirilib.

 

Qeyd edək ki, şirkət bu anlaşmaya görə kluba birinci mövsümdə 3 500 000 TL, növbəti mövsümdə isə 3 000 000 dollar pul köçürəcək.