Bioloji Təbabət Klinikasının böyük uğurları

27 Sentyabr 2017 13:05 (UTC+04:00)

Vahid Məmmədov: “Hər bir canlı orqanizm özünü qorumaq, müdafiə və bərpa etmək mexanizminə malikdir”

XXI əsrin ən aparıcı təbabəti sayılan və Azərbaycanda təbabətin böyük təbliğatçılarından biri olan Elxan Yaqubov tərəfindən əsası 2009-cu ildə qoyulan Bakı şəhərindəki 3-cü mikrorayonda Seyid Cəfər Pişəvəri küçəsində yerləşən Bioloji Təbabət Klinikasıdır. Bu Klinika bu gün insanlarımızın ən çox müraciət etdiyi özəl tibb müəssisələrindən biridir. Klinika Azərbaycanda yeganə tibb müəssisəsidir ki, bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla müalicə aparılması sahəsində ixtisaslaşıb və kimyəvi dərmanları, o cümlədən antibiotikləri tam istisna edir. Klinika dünya standartlarına cavab verən ən yeni tibb avadanlıqları ilə təchiz olunub. Burada çalışan həkimlər öz ixtisaslarını artırmaq üçün Almaniyada yüksək səviyyəli kurslarda olurlar. Almaniyanın məşhur həkimləri və dünyada tanınan başqa ölkələrin də həkimləri müntəzəm olaraq, Azərbaycana gələrək, yerli həkimlər üçün elmi seminarlar və treninqlər təşkil edir, onlara mühazirələr oxuyur, xəstə qəbulunu yüksək səviyyədə həyata keçirirlər. Xarici həkimlərin xəstələri qəbul etdikləri vaxt, Bioloji Təbabət Klinikasının həkimləri də onlarla birlikdə olur, fikir mübadiləsi aparır və öz biliklərini də artırırlar.

İnsanlarımızın müalicəsində bu gün xüsusi yeri olan Bioloji Təbabət Klinikasının həkimlərinin ayrı-ayrı xəstəliklərlə bağlı fikirlərini çoxminli oxucularımıza çatdırmaq istəyirik. Və inanırıq ki, yüksək ixtisaslı bu həkimlərin dedikləri və verdiyi təkliflər, məsləhətlər insanlarımıza çox böyük köməklik edəcək.

İlk müsahibimiz 40 ildən artıq həkimlik təcrübəsi olan, uzun illər Sumqayıt şəhərindəki Bərpa Müalicəsi Xəstəxanasının baş həkimi, Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Səhiyyə Şöbəsinin müdiri işləmiş və hal-hazırda 8 ildir ki, Bioloji Təbabət Klinikasında çalışan, burada baş həkimin müavini vəzifəsini də icra edən Vahid Məmmədovdur. O, Azərbaycanda nevroloji sahədə çalışan ən yüksək dərəcəli nevopatoloq həkimlərdən biridir. Onun nevropatologiya və səhiyyənin başqa sahələri ilə bağlı televiziyadakı çıxışları da həmişə maraqla qarşılanır. Biz, onunla nevroloji xəstəliklərin müalicəsində akademik təbabətlə bioloji təbabətin fərqi mövzusunda fikir mübadiləsi apardıq. Bu haqda Vahid həkim belə maraqlı fikirlər dedi:

- Müasir dünyada xroniki xəstəliklərin daha da çoxalması və autoimmun xəstəliklərin artması tibb elmindən yeni yanaşmalar tələb edir. Bu baxımdan Bioloji Təbabət Klinikasında bioloji tənzimləyici terapiyanın tətbiq olunması, orqanizmin pozulmuş funksiyalarının tam bərpa olunmasını təmin edir. Ümumiyyətlə son zamanlar klinikada baş-beyin qan dövranı sistemi xəstəlikləri, boyun və bel fəqərələrinin ostioxandrozu, xüsusi ilə bel fəqərələrində yırtıqlar və pratruziyalar, sinir sisteminin funksional pozğunluqları ilə xəstələr təkcə Azərbaycandan yox, həm də yaxın xarici ölkələrdən bizə daha çox müraciət edirlər. Bu xəstəliklərin əmələ gəlməsinin də çox səbəbləri var. Əvvəllər qan dövranı sistemi xəstəlikləri, daha çox yaşlı insanlarda təsadüf edilirdisə, indi bu xəstəlik cavanlarda da müşahidə olunur. Bunun səbəblərindən biri də insanların sağlam həyat tərzi keçirməməsidir. Yüksək qan təzyiqinin olması və ateroskleroz, əsəb gərginliyi, xüsusi ilə stress faktoru, qidalanma, bundan başqa artıq cəkinin də burada böyük və mühüm rolu var. Bir cox hallarda yüksək qan təzyiqi olan xəstələr qan təzyiqlərinə nəzarət etmirlər. Burada az hərəkətlilik, suyun az qəbul olunması, ağ un məmulatlarından, şəkərdən çox istifadə olunması, siqaret çəkilməsi, alkaqolun qəbul olunması, balanslaşdırılmış qidaların qəbul olunmaması, yəni bu siyahıya heyvan mənşəli züllalar çox, bitki mənşəli qidaların az qəbul edilməsi nəzərdə tutulur. Xəstələr bəzi hallarda balıq, toyuq ətinin qırmızı ətə nisbətən daha faydalı olduğunu qeyd edirlər. Bu əlbəttə, düzdür. Amma bunlar da heyvan mənşəli qida olduğuna görə qan -damar sistemi xəstəliyi olan insanlar bunları az qəbul etməlidirlər. Bundan əlavə osteoxandroz və fəqərəarası disk yırtığı olan xəstələr, xəstəliyin fəsadlaşmadığı halda hökmən nevropatoloq və vertebroloq tərəfindən müalicə olunmalıdırlar. Xəstələrdə kiçik və yaxud da böyük ölçülü fəqərəarası disk yırtıqların olması o demək deyil ki, həmin xəstələr hökmən cərrahiyyə əməliyyatına məruz qalmalıdırlar. Düzdür, cərrahiyyə əməliyyatının aparılması xəstəliyin fəsadını aradan götürür, amma xəstəliyi aradan qaldırmır. Ona görə də ilk öncə belə xəstələr konservativ şəkildə müalicə olunmalıdırlar. Konservativ aparılan müalicələr xəstələrin tam mənada sağalmasını təmin edir. Fəsadlaşmış disk yırtıqları (kiçik çanaq orqanlanlarının funksiya pozğünlüğu və parezin olması), bu da təxminən yüz xəstədən ikisində müşahidə olunur ki, belə xəstələrə heç bir konservatıv müalicə aparmadan neyrocərrahın konsultasiyasına göndərilir və əməliyyat olunur. Bioloji təbabət ümumiyyətlə akademik təbabəti inkar etmir. Əslində akademik təbabətin əsasında bioloji təbabət inkişaf edir. Akademik təbabətdə tətbiq olunan müalicə əsas etibarı ilə xəstənin diaqnozu əsasında aparılır və simptomatik xarakter daşıyır. Xəstəliyin səbəbi aradan qaldırılmadığına, antibiotiklərdən çox istifadə edildiyinə görə bağırsağın normal mikroflorası pozulur, immun sistemi zəifləyir, nəticədə orqanizm xəstəliyə qarşı mübarizə apara bilmir. Xəstəliklər xroniki formaya kecir, autoimmun xəstəliklər çoxalır. Ona görə də xəstələr antibotiklərdən çox istifadə etməməlidir. Həkimlər də ən adi bir xəstəliyə görə xəstəyə antibotik yazmamalıdırlar.

Bioloji təbabət isə bioloji tənzimləyici terapiya prinsiplərinə əsaslanır. Burada orqanizm vahid bioloji sistem kimi qəbul edilir. Ona görə də bu sahədə çalışan həkimlər xəstəliyi yox, xəstəni müalicə edirlər. Çünki hər bir canlı orqanizm özünü qorumaq, müdafiə və bərpa etmək mexanizminə malikdir. Bioloji Təbabət Klinikasında istifadə edilən təbii dərman preparatları orqanizmin müdafiə sisteminə təsir etməklə, orqanizmin xəstəyə qarşı mübarizəsini lazım olan səviyyədə təmin edir.

Akademik təbabətdən fərqli olaraq bioloji tənzimləyici terapiya xəstəyə ziyan vermədən uğurla aparılan müalicədir. Ona görə də bu gün dünya həkimləri xəstələrin bioloji təbabət vasitəsi ilə müalicəsini daha üstün tuturlar. Bu, həqiqətən XXI əsrin yüksək səviyyəli təbabətidir. Biz də bütün xəstələri klinikamıza dəvət edirik. Gəlin və bunun yüksək səviyyədə nəticəsini də görün. Onu da bilin ki, insan üçün dünyada ən gözəl nemət yalnız can sağlığıdır. Canı sağlam olan insan, həmişə özünü dünyada ən xoşbəxt hesab eləyir. Siz də çalışın ki, bu xoşbəxtliyinizi həmişə qoruyun.

Ağalar İDRİSOĞLU

Əməkdar incəsənət xadimi