AVCİYA Seçki Qərargahı fəaliyyət proqramına uyğun olaraq regionlarda seminarlara start verib. SİA-nın məlumatına görə, assosiasiyanın 43 təlimçisi Seçki Qərargahının rəbərliyi ilə Respublikanın rayonlarında müşahidəçilərə treniqlər keçəcək. Artıq Seçki Qərargahının əməkdaşlarından ibarət 2 qrup treninqlərə nəzarət etmək üçün rayonlara ezam ediliblər.
Regionlarda treniqlərin 15 oktyabra qədər yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra Bakı, Sumqayıt və Abşeronda seçkilərin monitorinqində iştirak edəcək müşahidəçilərə təlimlər keçiləcək.