Runi 2-3 həftə forma geyinə bilməyəcək

30 Sentyabr 2010 01:06 (UTC+04:00)
İngiltərə Premyer Liqa klublarından "Mançester Yunayted"in forvardı Runi 2-3 həftə forma geyinə bilməyəcək. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə klubun baş məşqçisi Aleks Ferqyusson məlumat verib. O, futbolçunun ciddi zədələndiyini və bir müddət yaşıl meydanlardan uzaq olacağını bilidirib. "Güclü futbolçudur. Daha öncəki zədələri tez sağalıb. Bu dəfə də yəqin tez sağalar", - deyə baş məşqçi əlavə edib.