"Xəzər Lənkəran" - "Bakı" oyununun vaxtı dəyişilib

30 Sentyabr 2010 00:22 (UTC+04:00)
Unibank Premyer Liqasının VIII turunun "Xəzər Lənkəran" - "Bakı" oyununun vaxtı dəyişilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, buna səbəb oyunun canlı yayımlanmasıdır. Belə ki, qarşılaşma oktyabrın 2-də baş tutacaq. Lənkəran şəhər stadionunda keçiriləcək matçın start fiti saat 19:00-da veriləcək.