Azərbaycanda Miqrasiya Məcəlləsi hazırlanır

29 Sentyabr 2010 21:41 (UTC+04:00)
Azərbaycanda Miqrasiya Məcəlləsi hazırlanır. SİA-nın xəbərinə görə, bu barədə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov jurnalistlərə verdiyi açıqlamasında deyib. Sənədin MDB miqyasında ilk Miqrasiya Məcəlləsi olduğunu deyən şöbə müdiri: "Zənnimcə, Avropa ölkələrində belə bir sənəd yoxdur. Bu sənəd Azərbaycana gələn xarici vətəndaşların qanunvericilik baxımından işini asanlaşdırır. Belə ki, ölkəmizə gələnlər Azərbaycana gəlmək, burada yaşamaq məsələləri ilə bağlı lazımi məlumatları həmin məcəllədən ala biləcəkər", - deyə bildirib.

Hazırda Miqrasiya Məcəlləsi layihəsi üzərində işin davam etdiyini dilə gətirən F.Ələsgərov söyləyib ki, sənəd Nazirlər Kabinetinə və Prezident Administrasiyasına təqdim edilib: "Ümid edirəm ki, yaxın gələcəkdə belə bir məcəllə Prezidentin qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim olunacaq",- deyə o əlavə edib.