Bakıda avtomobil yanıb

21 Sentyabr 2017 11:08 (UTC+04:00)

Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda “OPEL” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 23:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.