Nazir: “Dövlət büdcəsi layihəsi artıq Azərbaycan Respublikası Prezidentinə təqdim olunub”

29 Sentyabr 2010 20:13 (UTC+04:00)
Dövlət büdcəsinin layihəsi artıq Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası prezidentinə təqdim olunub. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov məlumat verib. O bildirib ki, hazırda dövlət büdcəsi layihəsi baxılmaqdadır. Onun sözlərinə görə, ölkə prezidenti tərəfindən bu büdcə layihəsi Milli Məclisə təqdim edildikdən sonra büdcə parametrləri barədə məlumat veriləcək.