Meksikada torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub

29 Sentyabr 2010 10:33 (UTC+04:00)

Meksikada sel yağışları nəticəsində torpaq sürüşməsi baş verib.

SİA-nın məlumatına görə, Oaxaka əyalətində meydana gələn torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub.

Əyalət rəsmiləri yüzdən çox insanın itkin düşdüyünü bildiriblər.