"İraq ordusu dünən Anbar vilayətinin qərbindəki Akaşat bölgəsini İŞİD qruplaşmasından azad edib." Bu haqda məlumatı İraq Jurnalistlər Birliyinin üzvü Əhməd Əlhüseyn Axar.az-a verib.
Onun sözlərinə görə, Birgə Əməliyyat Komandanlığının Akaşatı terror qruplaşmasından azad etmək üçün başlatdığı genişmiqyaslı əməliyyat şənbə günü uğurla başa çatıb.