Çay içmək ürəyi qoruyur!

17 Sentyabr 2017 05:04 (UTC+04:00)

Gündə bir fincan çay içmək ürək fəaliyyətinə müsbət təsir göstərir. "Arqumenti i faktı" qəzetində yazılan məlumata görə, ABŞ-dakı Baltimor səhərində Con Hopkins xəstəxanasının həkimləri araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, gündə heç olmasa bir fincan çay içənlərdə ürək-damar xəstəliklərinə üçdəbir dəfə az rast gəlinir. Çay içmək ürəyin koronar damarlarını kalsium yığıntılarından qoruyur.