“İz... Qala” sənədli filmi “Mədəni irs – yaddaş saxlancı” beynəlxalq seminarın proqramına daxil edilib

29 Sentyabr 2010 01:43 (UTC+04:00)
"Salnamə" studiyasında rejissor Şamil Əliyevin çəkdiyi "İz... Qala" sənədli filmi oktyabr ayında Sankt-Peterburq şəhərində keçiriləcək "Mədəni irs – yaddaş saxlancı" beynəlxalq seminarın proqramına daxil edilib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Məlumat üçün bildirək ki, filmin ssenari müəllifi Nadir Bədəlov, operatoru isə Elşən Əliyevdir.

Qeyd edək ki, Bakı ətrafı kəndlərdən biri Qalanın qədim tarixini əks etdirən zəngin memarlıq nümunələri və etnoqrafik material burada qoruq ərazisi yaratmaq layihəsini reallaşdırmağa imkan yaratdı. İdeyanın hərəkətverici qüvvəsi olan Heydər Əliyev Fondunun ciddi səyi nəticəsində tez zamanda bu ərazi xalqın tarixinə maraq göstərənlər üçün ziyarət yerinə çevrilib.