“İslahat Bloku”nun namizədlərinin yarıdan çoxu imzaları toplayıb

29 Sentyabr 2010 00:43 (UTC+04:00)

"İslahat Bloku" siyasi partiyalar bloku tərəfindən irəli sürülən namizədlərin yarıdan çoxu imzatoplama kampaniyasını başa çatdırıb. SİA-ya bu haqda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli məlumat verib. O, özünün də imzatoplama kampaniyasını yekunlaşdırdığını və bir-iki günə imza vərəqələrini müvafiq dairə seçki komissiyasına təqdim edəcəyini bildirib.

 

E.Mirzəbəyli imza vərəqələrini geri qaytaranlardan bir neçəsinin, o cümlədən Ədalət Partiyasının sədri İlyas İsmayılovun namizədliyinin qeydə alındığını deyib. O, kampaniyanın başa çatdırılması üçün oktyabr ayının 7-nə kimi vaxtın olduğunu və bu həftənin sonuna kimi bütün namizədlərin imza vərəqələrini təhvil verəcəyini söyləyib.

 

Qeyd edək ki, "İslahat Bloku" siyasi partiyalar blokuna BAXCP ilə yanaşı, Böyük Quruluş, Ədalət və Təkamül partiyaları daxildir. Blok 106 nəfərin adı olduğu vahid namizədlər siyahısı ilə parlament seçkilərinə gedir.